Kiyev Moskvadan şikayətləndi

Kiyev Moskvadan şikayətləndi Ukrayna Xarici işlər naziri Pavel Klimkin G20 ölkələrindən Rusiyaya təsir göstərmələrini xahiş edib. Nazir bu haqda Feysbuk hesabında yazıb.
Klimkinin sözlərinə görə, o, “Böyük iyirmilik” ölkələrinin Xarici işlər nazirlərinə məktub yazıb. Nazir eyni xahişlə Avropa İttifaqına da müraciət etdiyini əlavə edib.
Klimkin qeyd edib ki, o, G20-dən Rusiya sərhədini qeyri-qanuni yolla keçən ukraynalı dənizçilərin sərbəst buraxılmasını xahiş edib.

Tehsil-press.az

Oxşar xəbərlər