
“MDB tərkibindən çıxmaq məsələsini nəzərdən keçiririk. Bizim MDB dövlətləri ilə onlarla müqavilələrimiz mövcuddur. Misal üçün, diplomların qarşılıqlı tanınması, pensiya ödənişləri ilə bağlı. Ümid edirik ki, məsələlərin ayrı-ayrılıqda tənzimlənməsi bizə bu işi tamamlamağa imkan verəcək. Şəxsən mən MDB-dən çıxmağın ardıcıl tərəfdarıyam”, - deyə P.Klimkin vurğulayıb.
Qeyd edək ki, 2014-cü ilin fevralında Ukraynada hakimiyyət dəyişikliyindən sonra yeni ölkə rəhbərliyi MDB-nin işində iştirakdan imtina etmək niyyəti haqda bəyanat verdi. Daha sonra Kiyev öz nümayəndəsi Anadolu Dronyanı təşkilatının İcraiyyə Komitəsindən geri çağırdı.
Onu da xatırladaq ki, 2015-ci ilin aprelində Klimkin ölkəsinin Birlikdən çıxmasının məqsədəuyğun olmadığını bildirmişdi. Onun sözlərinə görə, Kiyev MDB-nin tədbirlərində o vaxt iştirak edir ki, "ona nəyəsə nail olmaq lazım olur”.
Belorus prezidenti Aleksandr Lukaşenko isə sonralar bildirmişdi ki, Ukraynanın MDB-dan çıxmasını gözləməyə dəyməz, amma o ümumi büdcənin maliyyələşdirilməsini dayandırmaqla təşkilatda iştirakdan de-fakto üz döndərib.
Tehsil-press.az