“Xarici dillərin tədrisi…” - Jirinovskidən UNİKAL TƏKLİF

“Xarici dillərin tədrisi…” - Jirinovskidən UNİKAL TƏKLİF Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski məktəblərdə xarici dillərin tədrisinin ödənişli olmasını təklif edib.
Siyasətçi bu haqda feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, ingilis və başqa xarici dillər Rusiya üçün zərərli olduğu üçün onların məktəblərdə öyrənilməsi pullu olmalıdır. Jirinovski hesab edir ki, ingilis dilini bilən insanların Qərb ölkələri tərəfindən tovlanması daha asandır.
“Dövlət 15 il boyunca pul qoyaraq mütəxəssis hazırlayır. Sonra onları ABŞ və ya Avropaya əla maaşa tovlayıb çağırırlar. Beləliklə, yalnız Qərb iqtisadiyyatı möhkəmlənmir, həm də rəqibləri qan itirir”, - siyasətçi yazıb.

Tehsi-press.az

Oxşar xəbərlər