ABŞ-ın yeni səfiri David Satterfild Türkiyəyə gəlib

ABŞ-ın yeni səfiri David Satterfild Türkiyəyə gəlib ABŞ-ın Türkiyədəki yeni səfiri David Satterfild Ankaraya gəlib.
Hava limanında D.Satterfildi ABŞ-ın Türkiyədə müvəqqəti işlər vəkili Cefri M. Xovenye qarşılayıb.
ABŞ səfirliyinin rəsmi Twitter səhifəsində bu barədə yazılıb: "ABŞ-ın Türkiyədəki səfiri təyin olunmuş David Satterfildin bu gün Ankaraya gəldiyini elan etməkdən məmnuniyyət duyuruq. Türkiyəyə xoş gəlmisiz!".
Qeyd edək ki, D.Satterfild əvvəllər Yaxın Şərqdə, Fars Körfəzində, Livanda və İraqda işləmişdir.
2013-2014-cü illərdə o ABŞ-ın Misirdəki səfirliyində məsləhətçi vəzifəsində çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər