
Müvafiq fərman Ukrayna prezidentinin saytında yerləşdirilib.
Fərmana əsasən, Uklraynanın Azərbaycandakı yeni səfiri Vladislav Kanevski təyin olunub. Vladislav Kanevski əvvəl Ukrayna XİN-in Katibliyi Departamentinin Təhlil və Planlaşdırma şöbəsinin müdiri - Departament direktorunun müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Ukraynanın Azərbaycandakı öncəki səfiri Aleksandr Mişenko ölkəmizdə özünün diplomatik missiyasını başa vurub.
Tehsil-press.az