
1979-cu ildə həyat yoldaşını bıçaqladığı üçün 30 il həbsə məhkum edilən Albert cəzasının 25 ilini çəkdikdən sonra 2004-cü ildə sərbəst buraxılıb. Ancaq o, 2007-ci ildə daha bir qadını çəngəllə öldürməyə cəhddə ittiham edilərək yenidən tutulub. Qısa müddət sonra azadlığa çıxan Albertin 2010-cu ildə növbəti qurbanı yenə qadın olub.
Sonuncu dəfə 2018-ci ildə evsiz bir qadını əkiz uşaqlarının gözü önündə qətlə yetirdiyi məlum olan Flik hazırda polis nəzarətinə götürülüb. Onun avqustun 9-da hakim qarşısına çıxarılacağı gözlənilir. Flikin ən az 25 il həbs cəzası alacağı bildirilir.
Tehsil-press.az