6,5 mindən artıq insan denge qızdırmasına yoluxub

6,5 mindən artıq insan denge qızdırmasına yoluxub Tanzaniyada 6677 nəfər denge qızdırmasına yoluxub.
Bunu Tanzaniyanın səhiyyə, icma və gender inkişafı, uşaqların və ahılların hüquqlarının müdafiəsi naziri Umma Mvalimu deyib.
U.Mvalimu bildirib: "Ümumilikdə denge qızdırmasına yoluxan 13 nəfər dünyasını dəyişib. Yalnız Dar-əs-Salam vilayətində 6631 nəfər denge qızdırmasına yoluxub və 11 nəfər ölüb".
Onun sözlərinə görə, xəstəliyin yayılmasının sürəti azalıb: "İyun ayında denge qızdırmasına yoluxanların sayı 536 nəfər təşkil edib, iyulun əvvəlindən isə yalnız 6 yoluxma halı qeydə alınıb".

Tehsil-press.az

Oxşar xəbərlər