Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq Ölkə ərazisində iyulun 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25°, gündüz 30-34° isti, Bakıda gecə 22-24°, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, dağlıq ərazilərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz 19-24° isti olacağı ehtimal edilir.

Tehsil-press.az



Oxşar xəbərlər