
Bakı Apellyasiya Məhkəməsinin bu qərarından sonra "Bakı Oksford Məktəbi"nin qurucusu olan, Azərbaycanın görkəmli təhsil xadimi Nailə Rzayeva sosial media hesabından paylaşım edib.
N.Rzayeva paylaşımında məhkəmənin qərarının ədalətli olduğunu vurğulayıb.
"Mənim və mərhum həyat yoldaşım Tofiq Rzayevin 26 il əmək sərf etdiyi, sonralar isə həyasızcasına mənimsənilmiş “Bakı Oksford Məktəbi” görünür, heç kimə getməyəcək", - deyən N.Rzayeva ümid edir ki, dövlətimiz qanunsuz olaraq mənimsənilmiş məktəbi geri alacaq.
Qeyd edək ki, N.Rzayeva və həyat yoldaşı T.Rzayev adıçəkilən məktəbin qurucuları olub.
Rzayeva verdiyi açıqlamalarında məktəbin əlindən zorla alındığını dəfələrlə bəyan edib. Xanım, məktəbin “Baku Steel Company"nin rəhbəri və hazırda həbsdə olan Rasim Məmmədov və Ramiz Mehdiyevin ailəsi tərəfindən zorla alındığına dair bir neçə dəfə açıqlama verib. O, həmin açıqlamalarının birində qeyd edib: "
Vaxtilə "Bakı Oksford Məktəbi"ni bizə bir qəpik də vermədən əlimizdən aldılar. Bu məktəbi qurub-yaratmağa və inkişafına mənim və rəhmətlik həyat yoldaşımın 26 ili getmişdi. İndi isə bumeranq effekti baş verir. Mən ilahi ədalətə inanıram".
Xatırladaq ki, R.Məmmədov həbs olunandan sonra onun milyonlarla manat dəyərində olan əmlakı, o cümlədən “Baku Oksford Məktəbi” də müsadirə olunmuşdu. Kamilə Əliyeva məktəb binasının yarısının pay sahibi olduğunu iddia edirdi.
Bir müddət əvvəl isə məktəb 18 milyon 527 min 250 manata hərraca çıxarılmışdı. (Mənbə Sfera.az)
Tehsil-press.az