DİQQƏT! Sabah bu ərazilərdə 39 dərəcə isti olacaq

DİQQƏT! Sabah bu ərazilərdə 39 dərəcə isti olacaq İyunun 6-da ölkədə gözlənilən hava şəraiti açıqlanıb.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.
Abşeronun Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti təşkil edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər