
Tədqiqatçılar apardıqları araşdırmalar nəticəsində Cənubi Afrika və Ərəbistan yarımadasındakı səhralarda qayalıqlarda kiçik strukturların tapıldığını açıqlayıblar. Kiçik yuvaların içərisində və ətrafında bioloji material aşkar edən alimlər bu qeyri-adi birləşmələrin geoloji proses deyil, naməlum sirli bir həyat forması tərəfindən əmələ gəldiyinə əmin olduqlarını bildiriblər.
"Bizi təəccübləndirdik ki, bu borular açıq şəkildə geoloji prosesin nəticəsi deyil. Hal-hazırda biz bilmirik ki, bu, nəsli kəsilmiş bir həyat formasıdır, yoxsa hələ də haradasa yaşayan bir canlı formasıdır", - mikronestlərlə bağlı yeni tədqiqatın ilk müəllifi professor Cees Passchier deyib.
Tehsil-press.az