Pərviz Həşimlinin ölkədən çıxışına icazə verilmədi

Pərviz Həşimlinin ölkədən çıxışına icazə verilmədi Jurnalist Pərviz Həşimli ölkədən çıxışına qoyulan qadağanın hələ də götürülmədiyini bildirib.
P.Həşimli özünün feysbuk hesabında yazaraq qeyd edib ki, bir il əvvəl “Gəncə İşi” ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən ölkədən çıxışına qoyulan məhdudiyyət hələ də qüvvədə qalır: “Bu məsələ ilə bağlı 2 ay əvvəl Baş Prokuror Zakir Qaralova etdiyim müraciət KİV də işıqlandırılandan sonra məni Baş Prokurorluğa dəvət etdilər.
Rəhbərliyin adından bildirdilər ki, sizə qoyulan məhdudiyyət götürüləcək, hər hansı mənfi münasibətdən söhbət gedə bilməz. Nəhayət, bu gün Azərbaycan Rusiya sərhəddində məhdudiyyətin götürülməsinə əmin olmaq istədim. Məlum oldu ki, məhdudiyyət hələ də qüvvədədir. Xaçmazdakı Xanoba sərhəd buraxılış məntəqəsindən məni geri qaytardılar”.

Tehsil-press.az

Oxşar xəbərlər