Gözdən əlillər üçün qeyri-adi ixtira

Gözdən əlillər üçün qeyri-adi ixtira Süni göz - fotoreseptorların məhvi səbəbindən yaşla bağlı yaranan görmə itkisi ilə mübarizə üçün perspektiv vasitədir.
Qeyri-adi qurğu Fransada uğurla sınaqdan keçirilib.
"Pixium Vision" şirkətinin həlli olan süni göz torlu qişanın arxa hissəsinə quraşdırılan və işıqla aktivləşən mikroçipdən və kamera ilə təchiz edilmiş "ağıllı" eynəkdən ibarətdir.
Kamera şəkilləri infraqırmızı siqnallara çevirir və implanta göndərir, sonuncudan isə vizual sinirə ötürülür. Bu, gözdən əlil insanların yenidən görməsinə imkan verir.

Tehsil-press.az

Oxşar xəbərlər