Tramp vaxtının çoxunu niyə tvitterdə keçirir?

Tramp vaxtının çoxunu niyə tvitterdə keçirir? Dünya liderləri arasında tvitterdən ən çox istifadə etməsi ilə seçilən ABŞ Prezidenti Donald Tramp bu məsələyə aydınlıq gətirib.
Tramp tvitterdə niyə tez-tez postlar paylaşmasına açıqlıq gətirərək bildirib ki, atdığı tvitlərlə özünü jurnalistlərin hücumlarından müdafiə edir.
“Bu, mənim yeganə özünümüdafiə üsulumdur. Əgər mətbuat mənimlə bağlı məlumatları vicdanla işıqlandırmış olsaydı, o zaman sosial şəbəkədə o qədər də aktiv olmazdım, buna ehtiyacım da olmazdı”, - deyə Amerika lideri vurğulayıb.
Trampın fikrincə, media onu pis şəkildə təqdim edir: “Buna görə çox üzülür və məyus oluram”.

Tehsil-press.az

Oxşar xəbərlər