Trampın təhqir etdiyi məşhuru Melaniya təriflədi - Cütlük arasında gərginlik

Trampın təhqir etdiyi məşhuru Melaniya təriflədi - Cütlük arasında gərginlik ABŞ prezidenti Donald Tramp ilə həyat yoldaşı Meleniya Tramp arasında NBA basketbolçusu Lebron Ceymsa görə gərginlik yaşanıb.
D.Trampın basketbolçu haqqında Tvitterdə təhqiredici statusundan sonra M.Tramp status yazaraq Lebron Ceymsi tərifləyib.
O, basketbolçunun Ohayo ştatında məktəbə etdiyi yardımla bağlı işini qeyd edib və yaxşı işlər görmək üçün çalışdığını bildirib. Hətta həmin məktəbi ziyarət edə biləcəyini də söyləyib.
Melaniya Trampın bu statusu ABŞ mediasında “Tramp cütlüyü arasında gərginlik” başlığı ilə manşetlərdə təqdim edilib.
Qeyd edək ki, L.Ceyms CNN kanalına verdiyi müsahibədə D.Trampın ayrı-seçkilik yaratdığını və irqçiliyi cəsarətləndirdiyini bildirmişdi. D.Tramp isə bu açıqlamaya qarşılıq olaraq basketbolçunun ağlını mühakimə edən ifadələr işlədib. Həmçinin CNN adından müsahibə aparan şəxsin də televiziyadakı ən axmaq adam olduğunu deyib.

Tehsil-press.az

Oxşar xəbərlər