Qadın paltarında həbsdən qaçmaq istəyən məhkum öldü

Qadın paltarında həbsdən qaçmaq istəyən məhkum öldü Həbsxanadan qadın qiyafəsində qaçmağa çalışan braziliyalı narkotacir Klauvino da Silva qaldığı kamerada ölü halda tapılıb.
Qaçış cəhdindən sonra yüksək nəzarət olunan əyalət həbsxanasına yerləşdirilən Silvanın intihar etdiyi düşünülür. Həbsxana rəhbərliyi məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.
Xatırladaq ki, 42 yaşlı Klauvino qızının gətirdiyi silikon qadın maskası və libası geyinərək Gericino həbsxanasından qaçmağa cəhd etmiş, ancaq yerişi onu ələ vermiş və polis tərəfindən saxlanılmışdı.

Qadın paltarında həbsdən qaçmaq istəyən məhkum öldüQadın paltarında həbsdən qaçmaq istəyən məhkum öldü

Tehsil-press.az

Oxşar xəbərlər