Həbsxanadan qaçmağa çalışan 22 məhbus öldürülüb

Həbsxanadan qaçmağa çalışan 22 məhbus öldürülüb Braziliyada həbsxanadan qaçmağa çalışan məhkumlar ölüblər.
İnsident ölkənin şimalındakı Para ştatında olub. Məlumata görə, bir qrup silahlı şəxs məhbuslara qaçmağa kömək məqsədilə cəzaçəkmə müəssisəsinə hücum ediblər. Onlar həbsxananın divarlarını partlatmaq istəyərkən iki tərəf arasında atışma baş verib. Bu zaman silahlı məhbuslar da prosesə qoşulublar. Nəticədə 23 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bildirilir ki, ölənlərin 22-si məhbus, 1 nəfər isə həbsxana işçisidir.
Qeyd edilir ki, heç bir məhbus qaça bilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər