“MiQ-29”un sudan çıxarılan qalıqları...

“MiQ-29”un sudan çıxarılan qalıqları... Xəbər verdiyimiz kimi, Xəzər dənizində qəzaya uğramış “MiQ-29” tipli hərbi təyyarəmizin axtarışına Türkiyə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da cəlb edilib.
Nazirlik sosial şəbəkədə təyyarənin sudan çıxarılan bəzi fraqmentlərinin görüntüsünü yayıb.
Bildirilib ki, hava şəraitinə görə, pilotun nəşi və təyyarənin qara qutusunun axtarışları hələ də davam etdirilir.
Xatırladaq ki, hərbi təyyarə iyulun 24-də saat 22.00 radələrində aviasiya qəzası nəticəsində Xəzər dənizinə düşüb. Bu zaman göyərtədə təcrübəli pilot, polkovnik-leytenant Rəşad Atakişiyev olub.

“MiQ-29”un sudan çıxarılan qalıqları...

Günel Hacı

Oxşar xəbərlər