Alp dağlarında təyyarə qəzaya düşdü - 20 ölü+Yenilənib

Alp dağlarında təyyarə qəzaya düşdü - 20 ölü+Yenilənib İsveçrədə, Alp dağlarında təyyarə qəzası baş verib.
“JU-AIR” aviaşirkətinə məxsus “Ju-52” model təyyarənin göyərtəsində 17-si sərnişin, 3-ü pilot olmaqla 20 nəfər olub.
Qəzaya düşən təyyarənin qalıqları 2540 m yüksəklikdə tapılıb. Bölgədə xilasetmə-axtarış işlərinə 5 helikopter cəlb edilib.
Hadisə nəticəsində ölənlərin olub-olmadığı haqda məlumat verilmir.
İsveçrə Aviasiya Departamenti bölgəyə uçuşu dayandırıb.
***
Ju-52 təyyarəsinin qəzaya uğraması nəticəsində 20 nəfər ölüb. Onlardan 11-i kişi, 9-u qadındır.

Tehsil-press.az

Oxşar xəbərlər