Təyyarə qəzası - Azı 200 hərbçi ölüb

Təyyarə qəzası - Azı 200 hərbçi ölüb Əlcəzairdə hərbi təyyarə qəzaya düşüb.
Təyyarənin Bufarik aeroportu yaxınlığında düşdüyü bildirilir. Onlarla insanın öldüyü deyilir.
Səudiyyə Ərəbistanının Əl Ərəbiyə televiziyasının məlumatına görə, təyyarədə azı 100 nəfər olub.
***
Təyyarənin göyərtəsində 200-dən çox hərbçi olub. Böyük ehtimalla onların hamısı ölüb.
***
“Əl-Ərəbiyə” telekanalı qəzaya səbəb kimi texniki nasazlığı göstərib. Qeyd edək ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə düşüb və yanmağa başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər