
Tehsil-press.az millət vəkilinin qardaşı oğlu Orxan Nərimanlı ilə bağlı bəzi məlumatları əldə edib.
Belə ki, Orxan Çingiz oğlu Nərimanlı 1995-ci ildə Bakıda anadan olub. O, 2012-ci ildə Bakıda 70 saylı məktəb liseyini bitirib. 2017-ci ildə isə Türkiyədə Sabançı Universitetinin məzunu olub.
Orxan Nərimanlı ali təhsilini başa vurduqdan dərhal sonra 22 yaşında Lerikin Piran kəndində yerləşən “Lebro” MMC-nin direktoru təyin olunub. “Lebro” MMC-yə gəldiksə isə, bura Azərbaycanın ən iri quşculuq müəssisələrindən biridir.
Qeyd edək ki, İqbal Məmmədov hadisə ilə bağlı yaydığı açıqlamada “Relax” istirahət mərkəzininin rəhbərinin qardaşı olduğunu bildirib. Bu şəxs isə Orxanın atası Məmmədov Çingiz Nəriman oğludur.
Emin Səfərov