
Təhsil-press.az-n xəbərinə görə, mərasimdə yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri və sadə vətəndaşlar iştirak edir.
Qeyd edək ki, Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb. Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.
Təhsil-press.az