Xalq artisti Qəndab Quliyeva dəfn olundu

Xalq artisti Qəndab Quliyeva dəfn olundu Dünən uzun sürən xəstəlikdən sonra vəfat edən xalq artisti Qəndab Quliyeva dəfn edilib.
Dəfndən əvvəl "Təzə Pir" məscidində vida mərasimi keçirilib. Mərasimdə xanəndənin qohumları, sənət yoldaşları, pərəstişkarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra xalq artistinin nəşi Binə qəsəbə məzarlığına aparılıb və anasının qəbrinin yaxınlığında dəfn edilib.
Xatırladaq ki, ürək və böyrək çatışmazlığından əziyyət çəkən Q.Quliyeva Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsində müalicə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 1940-cı ildə Füzulidə anadan olmuş sənətçi 1992-ci ildən xalq artisti fəxri adı ilə təltif olunmuşdu.
Allah rəhmət eləsin!

Təhsil-press.az

Oxşar xəbərlər