Moskvanın “Şeremetyevo” hava limanında iki təyyarə toqquşub. “Aeroflot” və “Royal Flight” aviaşirkətlərinə məxsus təyyarələrin qanadları uçuş-eniş zolağında bir-birinə dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. “Aeroflot”a məxsus təyyarə Moskvadan Pekinə hərəkət etməli imiş. Təyyarədəki sərnişinlər təxliyə olunub. Onlar üçün ehtiyat təyyarə hazırlanır.