MDU-nin alimləri zeytun yağı istehsalında əmələ gələn tullantıların nə qədər zəhərli olduğunu araşdırıblar

MDU-nin alimləri zeytun yağı istehsalında əmələ gələn tullantıların nə qədər zəhərli olduğunu araşdırıblar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) alimləri zeytun yağı istehsalı zamanı əmələ gələn tullantıların nə qədər zəhərli olduğunu araşdırıblar.
Bu barədə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun saytında məlumat yayılıb. Məlumatda bildirilir ki, MDU-nun alimləri zeytunun sıxılmasından və yağın alınmasından sonra qalan tullantının kimyəvi tərkibini öyrənərək onun nə dərəcədə zəhərli olduğunu tədqiq ediblər. Bu araşdırmanın başlıca üstünlüyü yalnız mikroorqanizmlərdə deyil, həmçinin bitkilərdə, onurğasızlarda və onurğalılarda toksikoloji effektin öyrənilməsidir. Bu isə tullantının ekosistemə təsirini daha tam təsəvvür etməyə imkan verir.
Məlum olub ki, zeytun yağı istehsalı zamanı yaranan tullantıların PH-ı aşağıdır, (yəni normadan artıq turşdur), tərkibində isə fenol birləşmələrinin miqdarı çoxdur; nəticədə bu tullantı orqanizmlərin normal inkişafına mane olur.
İşin nəticələri “Science of the Total Environment” jurnalında dərc edilib.

MDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər