Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Qasım-Jomart Tokayev arasındakı isti və dostluq münasibətləri liderlərə mühüm beynəlxalq və regional məsələləri açıq şəkildə müzakirə etməyə imkan verir.Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin və Tokayev arasındakı dostluq münasibətləri həqiqətən də isti və uzunmüddətlidir. Bu münasibətlər, şübhəsiz ki, liderlərə ən mürəkkəb məsələləri çox rahat və səmimi bir atmosferdə müzakirə etməyə, aktual beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparmağa imkan verir”, - Peskov bildirib.
Tehsil-press.az













