Musiqili Teatrda Kamal Abdullanın tamaşasının premyerası olacaq

Musiqili Teatrda Kamal Abdullanın tamaşasının premyerası olacaq Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Xalq yazıçısı Kamal Abdullanın 18, 22 və 23 noyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Gülçöhrə və Əsgər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq.

Musiqili dramın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.
“Gülçöhrə və Əsgər” tamaşası dahi bəstəkar Üzeyir Hacıbəylinin xoşbəxt sonluqla bitən “Arşın mal alan” operettasının davamı kimi dəyərləndirilsə də, tamamilə fərqli təəssürat yaradır. Səhnə əsərində Gülçöhrə ilə Əsgərin məşəqqətli həyat hekayələri fonunda Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bolşeviklərin törətdiyi faciələr göstərilir.

Səhnə əsərinin rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Tamilla Aslanovadır.

Rol bölgüsünə əsasən tamaşada Əməkdar artistlər Əzizağa Əzizov, Almaz Ələsgərova, İqrar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Prezident təqaüdçüsü Atilla Məmmədov, aktyorlar Nicat Əli, Türkel Tariqpeyma, Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Nərmin Əliyeva, İbrahim Əlizadə, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Məhəmməd Məmmədov, həmçinin xor və balet artistləri iştirak edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər