
Bu barədə HƏMAS liderlərinin hücum ərəfəsində keçirilmiş görüşünün protokolunu əldə edən "The Wall Street Journal" nəşri yazıb.
Sənəddə göstərilir ki, bu görüşdə hərəkatın Siyasi Bürosunun keçmiş rəhbəri, ötən ilin oktyabrında öldürülən Yəhya Sinvar bəyan edib ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması üzərində iş xeyli irəliləyir və əgər onlar saziş bağlasalar, əksər ərəb və İslam ölkələri onlardan nümunə götürəcəklər.
Y.Sinvar hesab edib ki, hadisələrin bu cür inkişafı dünya ictimaiyyətinin diqqətini Fələstin məsələsindən yayındıra bilərdi.
O, Siyasi Büro üzvlərinə fövqəladə tədbirlər görülməsinin və regional qüvvələr balansında strateji dəyişikliyə nail olunmasının vacibliyini bildirib.
Tehsil-press.az