Mən ilk sırada Bakı Biznes Universitetini seçdim!

Mən ilk sırada Bakı Biznes Universitetini seçdim! Düşünürəm ki, ali məktəbə daxil olmaq hər bir abituriyentin ən böyük arzusudur. Ali təhsil almaq üçün düzgün seçim etmək isə ən önəmli məqamlardan biridir. Qəbul imtahanında 535 bal toplayaraq uğurlu nəticə əldə etdim və universitetləri araşdırmağa başladım. Mənim diqqətimi ən çox çəkən universitetlərdən biri də Bakı Biznes Universiteti oldu. Universitet haqqında ətraflı məlumatlar əldə etdikdən sonra bu universitetin tələbəsi olmaq qənaətinə gəldim. Çünki, Bakı Biznes Universitetinin digər universitetlərlə müqayisədə bir çox üstünlüklərə malik olduğunu gördüm. Mənim diqqətimi çəkən məqamlardan biri universitetin beynəlxalq əlaqələrinin çox geniş olması,bir çox xarici universitetlərlə təqaüd proqramları vasitəsilə tələbə mübadiləsini həyata keçirməsidir. Qərara gəldim ki, hələ məktəb illərindən ingilis dilinə olan marağım və iqtisadçı olmaq arzum məhz bu universitetdə reallaşa bilərdi. Həmçinin Universitetin maddi-texniki bazası,müəllimlərin xaricdə təhsil alması,universitetin tələbələr üçün yaratdığı imkanlar mənə peşəkar kadr kimi yetişməyimə şərait yaradacağını əmin etdi. Universitetin məzunlarının yerli və xarici şirkətlərdə işə cəlb olunması,tələbələrin təhsillərini Avropanın qabaqcıl universitetlərində davam etdirməsi,təqaüd imkanları,tələbələrin inkişafına dəstək olunması mənim üçün əsas nüanslar oldu. Bütün bunlar mənə əsas verdi ki, 535 balla İqtisadiyyat (ingilis dilində) ixtisasını dövlət sifarişli əsaslarla seçim. Mən bu seçimdə ilk sırada Bakı Biznes Universitetini seçdim və çox sevindirici haldır ki, artıq BBU-nun tələbəsiyəm. Düşünürəm ki, uğurlu gələcəyim buradan başlayır. Universitet tərəfindən bu uğurlu nəticəm qiymətləndirilərək mənə və yüksək bal toplayan digər tələbələrə də LİBRAFF mağazalar şəbəkəsindən bir illik 200 manat dəyərində hədiyyə kartının təqdim edilməsi Universitetin öz tələbələrinə olan diqqət və qayğısının bariz nümunəsidir.

Ağaşirinov Dəniz Elman oğlu



Oxşar xəbərlər