Bakı Biznes Universiteti ölkənin qabaqcıl ali təhsil müəssisələrindəndir

Bakı Biznes Universiteti ölkənin qabaqcıl ali təhsil müəssisələrindəndir Bakı Biznes Universitetində (BBU) Novruz bayramı və bu ali məktəbin yaradılmasının 24 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.
Tədbirdə universitetin keçdiyi yola nəzər salınıb, bu ali məktəbin uğurlarından söz açılıb.
Qeyd edilib ki, hazırda BBU ölkənin qabaqcıl ali təhsil müəssisələrindəndir, universitetin məzunlarının sorağı ən yüksək, məsuliyyətli tribunalardan gəlir, onlar xarici ölkələrdə Azərbaycanı uğurla təmsil edirlər.
Sonra universitetdə Novruzun gəlişi və BBU-nun yaradılmasının 24-cü ildönümü təntənə ilə qeyd edilib. Tələbələrin hazırladıqları bayram proqramı maraqla qarşılanıb.

BBU-nun Mətbuat Xidməti


Bakı Biznes Universiteti ölkənin qabaqcıl ali təhsil müəssisələrindəndir

Oxşar xəbərlər