UNEC-in tələbəsi: “Education 2018” gənclərə gələcək karyeralarını qurmaqda böyük imkanlar açır

UNEC-in tələbəsi: “Education 2018” gənclərə gələcək karyeralarını qurmaqda böyük imkanlar açır XII Azərbaycan beynəlxalq təhsil sərgisində (Education 2018) yerli və xarici ali məktəblərin təmsil olunması gənclərə ixtisas seçimində və gələcəkdə uğurlu karyera qurmaqda böyük imkanlar açır.
“Education 2018” sərgisinin iştirakçısı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci kurs tələbəsi Yusif Cəfərzadə söyləyib.
Onun sözlərinə görə, ölkəmizdə “Education 2018” və bu kimi sərgilərin təşkili çox sevindirici haldır. Sərgidə gənclərin universitetlər haqqında ətraflı məlumat almaları üçün hər cür şərait yaradılıb. Bu cür layihələrin həyata keçirilməsi Azərbaycanda təhsilin inkişafından xəbər verir.
Y.Cəfərzadə deyib: “Sərgidə iştirak etməkdə əsas məqsədim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti barədə ətraflı məlumat toplamaqdır. Çünki gələcəkdə təhsilimi musiqi sahəsində davam etdirmək istəyirəm. Həmin universitetin stendinə yaxınlaşdım və lazımi məlumatı əldə etdim”.

Tehsil-press.az

Oxşar xəbərlər