Xəzər Universitetinin tələbələri DAAD-ın təqaüdləri barədə məlumatlandırılıb

Xəzər Universitetinin tələbələri DAAD-ın təqaüdləri barədə məlumatlandırılıb Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycan ofisinin nümayəndəsi Firuzə Bağır Xəzər Universitetində Beynəlxalq əlaqələr şöbəsinin dəstəyi ilə tələbələr üçün məlumat sessiyası keçirib.
Görüşdə Azərbaycan vətəndaşları üçün DAAD-ın magistratura və doktorantura təqaüdləri, yay dil kursları haqqında məlumat verilib.
Sonda təqaüd üçün müraciət qaydaları, tələb olunan sənədlər, eləcə də son müraciət tarixləri ilə bağlı tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər