ADNSU-da tələbələr beynəlxalq mübadilə proqramları barədə məlumatlandırılıb

ADNSU-da tələbələr beynəlxalq mübadilə proqramları barədə məlumatlandırılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq əməkdaşlıq şöbəsinin “Məlumat günü” keçirilib.
Tədbirdə professor Ulrix Eberhardt rəhbərlik etdiyi şöbənin gördüyü işlərdən danışıb. O, tələbələr üçün nəzərdə tutulan mübadilə proqramları, yay məktəbi, “Germany study program”, həmçinin alman, ingilis dili kursları və təlimlər haqqında ətraflı məlumat verib.
Sonra “Erasmus+” və “Mövlanə” mübadilə proqramlarının mahiyyəti, müddəti və qaydaları diqqətə çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər