Bakı Şəhər İcra Hakimiyyətində təcrübə keçən tələbələrə sertifikatlar verilib

Bakı Şəhər İcra Hakimiyyətində təcrübə keçən tələbələrə sertifikatlar verilib Bakı Şəhər İcra Hakimiyyətində ixtisas təcrübəsində olan UNEC tələbələrinin təltifolunma mərasimi keçirilib.
Uyğun ixtisaslar üzrə müvafiq şöbələrdə təcrübə keçən tələbələr həm də könüllülük fəaliyyəti ilə məşğul olublar.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparat rəhbəri Elgün Həbibullayev bildirib ki, UNEC tələbələri təcrübəçi və könüllü kimi fəaliyyət göstərdikləri müddətdə verilən tapşırıqları yüksək peşəkarlıqla və məsuliyyətlə yerinə yetiriblər. O, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda tələbələrə sertifikatlar təqdim olunub.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər