ABŞ şirkəti UNEC tələbələrinə təcrübə proqramını təqdim edib

ABŞ şirkəti UNEC tələbələrinə təcrübə proqramını təqdim edib ABŞ-ın “Procter and Gamble” şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbə və magistrlərinə təcrübə proqramını təqdim edib.
Tədbirdə “Procter and Gamble” şirkətinin yaranma tarixi, strukturu, fəaliyyəti və göstərdiyi xidmətlər barədə məlumat verilib. Şirkətin mütəxəssisləri təcrübə proqramları və karyera imkanları mövzusunda geniş təqdimatla çıxış ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, bu layihə çərçivəsində gələcəkdə də şirkətlə əməkdaşlıq davam etdiriləcək.

UNEC-in Mətbuat Xidməti


ABŞ şirkəti UNEC tələbələrinə təcrübə proqramını təqdim edib

Oxşar xəbərlər