Təhsil sərgisində Azərbaycan Texniki Universitetinin son nailiyyətləri təqdim edilir

Təhsil sərgisində Azərbaycan Texniki Universitetinin son nailiyyətləri təqdim edilir Azərbaycan Texniki Universiteti (AzTU) 13-cü Azərbaycan beynəlxalq təhsil sərgisində texnika sahəsində son nailiyyətləri ilə təmsil olunur.
Stenddə universitetin professor-müəllim heyətinin mühəndislik, informasiya texnologiyalarına aid elmi əsərləri, dərs vəsaitləri nümayiş edilir. Sərgi iştirakçıları universitet haqqında videoçarx, Azərbaycan, ingilis və rus dilində prospektlər, bukletlər və jurnallar vasitəsilə təqdim edilən tədris imkanları və yeniliklərlə tanış olurlar.
Sərgiyə giriş yuxarı sinif şagirdləri, valideynlər, müəllim və tələbələr üçün açıqdır.

Tehsil-press.az

Oxşar xəbərlər