“Education 2018”: ADNSU-nun “Eazy START” Mərkəzinin layihələrinin prototipləri maraqla qarşılanır

“Education 2018”: ADNSU-nun “Eazy START” Mərkəzinin layihələrinin prototipləri maraqla qarşılanır Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində (“Education 2018”) iştirak edir.
“Uşaqların gələcəyinə sərmayə” devizi altında reallaşan sərgidə ADNSU-da tədris olunan ixtisaslar, startap layihələri, ikili proqramlar, bakalavr, magistratura və doktorantura pilləsi, həmçinin yay məktəbi, elmi-texniki nailiyyətlər və beynəlxalq əlaqələr geniş şəkildə təqdim olunub.
Bundan əlavə, ADNSU-nun stendində professor-müəllim heyətinin müəllifi olduğu mühəndislik, neft-kimya və informasiya texnologiyalarına aid kitablar, dərs vəsaitləri yer alıb. Sərgiyə gələnlər bu stenddə startap layihələrinin nümayiş olunduğu videoçarx, Azərbaycan, rus və ingilis dillərində prospektlər, üç adda buklet, iki dildə nəşr olunan “Oil and Industry” jurnalı vasitəsilə universitetin təqdim etdiyi tədris imkanları və yeniliklərlə də tanış ola bilərlər. Universitetin nəzdində fəaliyyət göstərən “Eazy START” Startap və İnnovasiya Mərkəzinin Flydron, GRP, gardenX, KubiRub, Camtouch və Multivizor layihələrinin prototipləri sərgiyə gələnlərin böyük marağına səbəb olub. ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin stendi də ziyarətçilərin diqqət mərkəzindədir.
Təhsil naziri Ceyhun Bayramovun və nazirliyin digər əməkdaşlarının ADNSU-nun stendi ilə tanışlığı zamanı universitetin rektoru, professor Mustafa Babanlı onlara bu ali təhsil müəssisəsində görülən işlər, tədris prosesi və startap layihələri haqqında ətraflı məlumat verib. Sərgi çərçivəsində ADNSU-nun rektoru Mustafa Babanlı Lektoriyada Azərbaycan mühəndis ixtisaslarına marağın artması şəraitində bu istiqamətdə tədrisin keyfiyyətinin yüksəldilməsi mövzusunda çıxış edib. Onun ölkədə mühəndis ixtisaslarının tədrisinin hazırkı durumu, problemləri və üstünlükləri barədə söylədikləri dinləyicilər tərəfindən maraqla qarşılanıb. Mühəndis ixtisaslarının tədrisinin keyfiyyətinin yüksəldilməsi üçün müəssisələrlə əməkdaşlığı vacib amil kimi qeyd edən rektor ADNSU-da bu istiqamətdə görülən işlərdən danışıb. Son illər universitetdə aparılan islahatlar sayəsində 2018/2019-cu tədris ilinə tələbə qəbulunun yüksək statistik göstəricilərini nümunə gətirən Mustafa Babanlı planlaşdırılan işlər barədə də məlumat verib. Dinləyicilər rektora ətraflı məlumat üçün təşəkkür edib və ADNSU-dakı inkişafı böyük məmnunluq hissi ilə müşahidə etdiklərini vurğulayıblar.
Sonda Mustafa Babanlı dinləyicilərin suallarını cavablandırıb.
XII Azərbaycan beynəlxalq təhsil sərgisində dünyanın 12 ölkəsindən 135 iştirakçı bir araya gəlib. Bu il Azərbaycan, Avstriya, Almaniya, Belarus, Çex Respublikası, Latviya, Litva, Rusiya, Türkiyə, Özbəkistan və digər ölkələri təmsil edən iştirakçılar öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını sərgidə təqdim edirlər. Sərgi oktyabrın 13-də başa çatacaq.

ADNSU-nun Mətbuat Xidməti


“Education 2018”: ADNSU-nun “Eazy START” Mərkəzinin layihələrinin prototipləri maraqla qarşılanır“Education 2018”: ADNSU-nun “Eazy START” Mərkəzinin layihələrinin prototipləri maraqla qarşılanır“Education 2018”: ADNSU-nun “Eazy START” Mərkəzinin layihələrinin prototipləri maraqla qarşılanır“Education 2018”: ADNSU-nun “Eazy START” Mərkəzinin layihələrinin prototipləri maraqla qarşılanır“Education 2018”: ADNSU-nun “Eazy START” Mərkəzinin layihələrinin prototipləri maraqla qarşılanır

Oxşar xəbərlər