“Education 2018”: Azərbaycan Texniki Universiteti biotibbi texnikanın son nailiyyətlərini təqdim edib

“Education 2018”: Azərbaycan Texniki Universiteti biotibbi texnikanın son nailiyyətlərini təqdim edib Azərbaycan Texniki Universiteti (AzTU) “Education 2018” - XII Azərbaycan beynəlxalq təhsil sərgisində biotibbi texnika və energetika sahələrinin son nailiyyətləri ilə təmsil olunub.
AzTU-nun stendi sərgiyə gələn digər qonaqların, xüsusilə məktəblilərin də böyük marağına səbəb olub. Stenddə universitetin professor-müəllim heyətinin mühəndislik, informasiya texnologiyalarına aid elmi əsərləri, dərs vəsaitləri nümayiş edilib. Bundan əlavə, sərgi iştirakçıları AzTU-nun stendində universitet haqqında videoçarx, Azərbaycan, ingilis və rus dilində prospektlər, bukletlər və jurnallar vasitəsilə universitetin təqdim etdiyi tədris imkanları və yeniliklərlə tanış olublar.

AzTU-nun Mətbuat Xidməti


“Education 2018”: Azərbaycan Texniki Universiteti biotibbi texnikanın son nailiyyətlərini təqdim edib“Education 2018”: Azərbaycan Texniki Universiteti biotibbi texnikanın son nailiyyətlərini təqdim edib

Oxşar xəbərlər