
Prorektor İlham Pirməmmədov qonaqlara universitet haqqında geniş məlumat verib. Son zamanlar AzTU ilə Çinin bir neçə universiteti arasında əlaqələrin qurulduğunu deyən prorektor bu görüşün əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını qeyd edib.
Qonaqlar təmsil etdikləri universitet haqqında məlumat veriblər. Bildirilib ki, əməkdaşlıq üçün geniş imkanlar var və hər iki təhsil ocağında metallurgiya sahəsində mütəxəssis hazırlığı aparılır.
Sonra AzTU ilə Sindao Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə universitetlər arasında tələbə və müəllim mübadiləsi, ikili diplomların verilməsi, birgə elmi tədqiqatların aparılması, konfransların və layihələrin reallaşdırılması nəzərdə tutulub.
AzTU-nun Mətbuat Xidməti