Azərbaycan Universiteti beynəlxalq təhsil sərgisinin iştirakçısıdır

Azərbaycan Universiteti beynəlxalq təhsil sərgisinin iştirakçısıdır Azərbaycan Universiteti oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Beynəlxalq Təhsil Sərgisində iştirak edəcək.
Ali məktəb beynəlxalq təhsil sərgisində ardıcıl olaraq ikinci ildir iştirak edir. Bununla bağlı universitetdə sərgiyə hazırlıq işləri davam edir. Bu il Azərbaycan Universiteti sərgidə “MiniLab” ilə iştirak edəcək. Belə ki, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri 3 gün ərzində laboratoriya işləri yerinə yetirəcək və sərginin yekununda işlərini nümayiş etdirəcəklər.
Bundan əlavə, stendin ziyarətçiləri Azərbaycan Universitetində tədris olunan ixtisaslar, tələbələr üçün yaradılan imkanlar, ali məktəbin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, maddi-texniki bazası, elmi fəaliyyəti və uğurları, akademik heyəti haqqında məlumat ala biləcək, onları maraqlandıran suallarla universitet əməkdaşlarına müraciət edə biləcəklər.
Stenddə professor-müəllim heyətinin kitab, monoqrafiya və dərs vəsaitləri, informasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələrinin hazırladıqları robot və elektronika cihazları da nümayiş olunacaq.

Mətbuat Xidməti

Oxşar xəbərlər