Azərbaycan universitetləri Tbilisidə Beynəlxalq Təhsil Sərgisində təmsil olunurlar

Azərbaycan universitetləri Tbilisidə Beynəlxalq Təhsil Sərgisində təmsil olunurlar Tbilisidə Beynəlxalq Təhsil Sərgisi açılıb.
Sərgidə ölkəmizi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransa Universiteti (UFAZ) təmsil edirlər. Həmin universitetlərin əməkdaşları Nəzrin Mirzəyeva və Leyla Nağıyeva, eləcə də ölkəmizin Gürcüstandakı səfirliyinin üçüncü katibi Samirə Agayeva Azərbaycan stendinə yaxınlaşan tələbələrə, digər ziyarətçilərə bu iki ali təhsil ocağının üstünlükləri, nüfuzu, perspektivləri, respublikamızda təhsil imkanları barədə ətraflı məlumat veriblər.
UFAZ-ın öz məzunlarına həm də Strasburq Universitetinin diplomunu verməsi sərgiyə gələnlərin marağına səbəb olub.
İ.Çavçavadze adına Tbilisi Dövlət Universitetinin müəlliməsi Xatuna Ştaadze deyib: “Dünyada çox az sayda universitetlər var ki, tələbələrə xarici dildə təhsil və beynəlxalq səviyyədə tanınan diplomlar verir. ADNSU-nun beynəlxalq nüfuzu barədə bilirdim. Amma burada UFAZ-ı görmək mənim üçün gözlənilməz oldu və böyük maraq yaratdı. İnanıram ki, gənclər mühəndislik üzrə dünyada şöhrət qazanmış UFAZ-da təhsil almağa çalışacaqlar”.
Tbilisi Dövlət Universitetinin tələbəsi Dato Sulikvadze də ADNSU və UFAZ haqqında ətraflı məlumat almaqdan məmnunluğunu vurğulayaraq deyib: “Arzum yaxşı mühəndis olmaqdır. Bunun üçün yaxşı təhsil verən universitet axtarıram. UFAZ və ADNSU məndə böyük maraq yaratdı. Bu barədə düşünəcəyəm”.
Sərgi iştirakçıları Azərbaycan universitetlərinin imkanları, perspektivləri barədə geniş məlumat alıblar.

Azərbaycan universitetləri Tbilisidə Beynəlxalq Təhsil Sərgisində təmsil olunurlarAzərbaycan universitetləri Tbilisidə Beynəlxalq Təhsil Sərgisində təmsil olunurlarAzərbaycan universitetləri Tbilisidə Beynəlxalq Təhsil Sərgisində təmsil olunurlarAzərbaycan universitetləri Tbilisidə Beynəlxalq Təhsil Sərgisində təmsil olunurlarAzərbaycan universitetləri Tbilisidə Beynəlxalq Təhsil Sərgisində təmsil olunurlar

Tehsil-press.az


Oxşar xəbərlər