Azərbaycan Universiteti Təhsil Sərgisində uğurla təmsil olunur

Azərbaycan Universiteti Təhsil Sərgisində uğurla təmsil olunur Azərbaycan Universiteti Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisində uğurla təmsil olunur.
Universitetin stendinə gələn ziyarətçilərə bakalavr, magistratura və doktorantura pillələrində tədris olunan ixtisaslar, universitetin beynəlxalq əlaqələri və qoşulduğu mübadilə proqramları, xaricdə təhsil imkanları, tətbiq olunan təqaüd proqramları haqqında məlumat verilir. Stenddə Universitetin son bir il ərzində əldə etdiyi nailiyyətlər, professor-müəllim heyətinin kitab, monoqrafiya və dərs vəsaitləri, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələrinin hazırladıqları robot və elektronika cihazları nümayiş olunur. Tələbələrin layihə və əl işləri xüsusilə məktəblilərin böyük marağına səbəb olur.
Sərgi ziyarətçiləri videçarx, jurnallar və infomarteriallar vasitəsilə universitetin fəaliyyəti, təqdim etdiyi tədris imkanları, maddi-texniki baza, tələbə həyatı haqqında ətraflı məlumat əldə edirlər.
Sərgidə öz stendi ilə çıxış edən Azərbaycan Universitetinin sərgi ziyarətçilərinə sürprizi də var. Belə ki, ziyarətçilərə təhsil ödənişində güzəşt nəzərdə tutan 5 ədəd vauçer təqdim ediləcək. Vauçer sahibləri Universitet stendinin ziyarətçiləri arasından çəkilişlə müəyyənləşdiriləcək. Hər vauçer birinci tədris ilinin təhsil ödənişində 10% güzəşt nəzərdə tutur. Vauçerlər yalnız 2019/2020-ci tədris ilində istifadə oluna biləcək. Vauçerdən qalibin özü yaxud birinci dərəcədən yaxınları (oğul, qız, bacı, qardaş) istifadə edə bilər.
Bakı Ekspo Mərkəzində E1122 nömrəli stendə yaxınlaşmaqla daha ətraflı məlumat əldə etmək mümkündür.
“Uşaqların gələcəyinə sərmayə” devizi altında bu il 12-cisi keçirilən sərgi öz işini sabah yekunlaşdıracaq.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universiteti Təhsil Sərgisində uğurla təmsil olunurAzərbaycan Universiteti Təhsil Sərgisində uğurla təmsil olunurAzərbaycan Universiteti Təhsil Sərgisində uğurla təmsil olunurAzərbaycan Universiteti Təhsil Sərgisində uğurla təmsil olunurAzərbaycan Universiteti Təhsil Sərgisində uğurla təmsil olunurAzərbaycan Universiteti Təhsil Sərgisində uğurla təmsil olunurAzərbaycan Universiteti Təhsil Sərgisində uğurla təmsil olunur

Oxşar xəbərlər