
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov V.Məmmədəliyevin bütün həyatının, fəaliyyətinin xalqımızın mənəviyyatının zənginləşməsinə xidmət etdiyini deyib. Vurğulanıb ki, alim halal zəhməti, intellekti, zəkası, dərin düşüncəsi ilə elmin yüksək pilləsinə ucalmış görkəmli elm xadimidir. Vasim Məmmədəliyev nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox kənarda da millətimizə həmişə başucalığı gətirir.
“Mənalı alim ömrü” mövzusunda məruzə ilə çıxış edən BDU-nun şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov akademikin həyat və fəaliyyətindən, yaradıcılığından söz açıb, İslam dininə verdiyi töhfələrdən danışıb.
Konfrans çıxışlarla davam edir.
Hikmət Əliyev
