BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər Bakı Dövlət Universitetinin həyətində İlaxır çərşənbə münasibətilə tədbir keçirilib.
Hava şəraitindən asılı olmayaraq, universitetin müəllim və tələbə heyəti bayram tədbirinə böyük coşqu ilə qatılıblar.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev kollektivi təbrik edib, xoşbəxtlik və firavan həyat arzulayıb.
Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev Novruzun yenilik, təravət, dost və ülfət bayramı olduğunu qeyd edərək təbriklərini çatdırıb.
Yaşlı, orta və cavan nəslin nümayəndələrinin iştirakı ilə möhtəşəm Novruz tonqalı alovlandırılıb və tədbir tələbələrin tonqal ətrafında dövrə vuraraq “Yallı” rəqsini ifa etmələri ilə başa çatıb.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 19 mart 2019-cu il


BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilərBDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər

Oxşar xəbərlər