Anjelika Volkçova vəfat etdi

Anjelika Volkçova vəfat etdi Moskvada fəaliyyət göstərən “Müasir Pyeslər Teatrının” aktrisası Anjelika Volkçova vəfat edib.
Aktrisa ağır xəstəlikdən sonra Pasxa gecəsi 48 yaşında dünyasını dəyişib.
Əməkdar artistlə vida mərasimi aprelin 10-da teatrda keçiriləcək. Qohumlarının qərarı ilə aktrisa doğma yurdu Penzada dəfn olunacaq.
Azərbaycan tamaşaçılarına “Muxtarın qayıdışı” serialından yaxşı tanış olan aktrisa həmçinin “Londonqrad” və “Qromovlar” serialarında da maraqlı obrazlar yaradıb.

Tehsil-press.az

Oxşar xəbərlər