
Tədbir Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) və Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Konfransa Azərbaycan, Çin, ABŞ, İspaniya, İtaliya, Bolqarıstan, Belarus, Slovakiya, Sloveniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Gürcüstan, Kipr, İran daxil olmaqla 20-dən çox ölkənin aparıcı ali təhsil müəssisələri və elmi mərkəzlərinin təmsilçiləri qatılıblar.
Tədbirin plenar və bölmə iclaslarında çıxış edən Y.Alxasov BSU-nun fəaliyyəti haqqında geniş məlumat verib. Onun Azərbaycanda bilinqivizmin formalaşması problemlərinə dair məruzəsi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Plenar iclasdan sonra RXDU-nun prorektoru xanım Anjela Doljikova ilə Y.Alxasov arasında keçirilən görüşdə BSU-nun bazasında region mütəxəssisləri üçün müxtəlif dil və stajkeçmə kurslarının təşkilinə dair layihələrin reallaşdırılması barədə razılıq əldə olunub.
BSU-nun Mətbuat Xidməti