Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi maraqla qarşılanıb

Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi maraqla qarşılanıb Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Elmi Mərkəzində təşkil olunan “Kristalların əmələ gəlməsi və yetişdirilməsinin mexanizmi, qeyri-xətti problemləri və nazik təbəqələr” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Beynəlxalq tədbirdə Azərbaycan aliminin “γ-şüalanmanın CdFeTe yarımmaqnit yarımkeçiricilərinin keçiriciliyi və dielektrik nüfuzluğunun temperatur asılılıqlarına təsiri” mövzusunda məruzəsi və “Defektli CdMnSe epitaksial təbəqələrinin optik xassələri”nə həsr edilmiş təqdimatı maraqla qarşılanıb.
Qeyd edək ki, konfrans çərçivəsində M.Mehrabova bir sıra elmi mərkəzlərin alimləri ilə birgə elmi fəaliyyət planları ətrafında geniş müzakirələr aparıb.

Tehsil-press.az

Oxşar xəbərlər