Azərbaycan Texniki Universitetində Ümumdünya Standartlar Gününə həsr edilən elmi-praktik seminar keçirilib

Azərbaycan Texniki Universitetində Ümumdünya Standartlar Gününə həsr edilən elmi-praktik seminar keçirilib Azərbaycan Texniki Universitetində (AzTU) 14 oktyabr - Ümumdünya Standartlar Gününə həsr olunmuş respublika elmi-praktik seminar keçirilib.
Rektor Vilayət Vəliyev standartların insan həyatında müstəsna rolundan söz açıb. O bildirib ki, universitetdə fəaliyyət göstərən Metrologiya və standartlaşdırma kafedrası tərəfindən güclü maddi-texniki baza yaradılıb, respublika və beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələri qurulub. Universitetdə yeni standartların yaranması istiqamətində Türkiyə və digər ölkələrlə birgə layihələr planlaşdırılır.
Seminarda mövzu ilə bağlı elmi məruzələr dinlənilib.
Sonda AzTU ilə “Globtel solutions” və “Azesert” MMC arasında universitet-biznes əməkdaşlığı haqqında anlaşma memorandumu imzalanıb.
Tədbirdə yüksəkixtisaslı kadrlar hazırlanmasında fərqlənən bir qrup müəllim və əlaçı tələbələr fəxri fərman və sertifikatlarla təltif ediliblər.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər