Texniki Universitetdə Gənclər Günü qeyd edilib

Texniki Universitetdə Gənclər Günü qeyd edilib Azərbaycan Texniki Universitetində (AzTU) Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rektor vəzifəsini icra edən, professor Xalıq Yahudov dövlətimizin gənclərə olan qayğısından söz açıb. O, ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və gənclərin qazandıqları uğurlardan danışıb.
Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi Mirzə Cəfərov, AzTU-nun Tələbə Gənclər Təşkilatının fəal üzvü Atəş Bayramov və digərləri çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramları onların hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açır. Bu gün Azərbaycan gəncləri Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunur.
Tədbirdə tələbələrə, magistr və doktorantlara elmi-tədqiqat işlərində, universitetin ictimai həyatında göstərdikləri fəallığa görə diplom və mükafat təqdim olunub.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər