
Rektor vəzifəsini icra edən, professor Xalıq Yahudov qonaqlara universitet haqqında geniş məlumat verib. O, son illər AzTU-nun kadr potensialı, elmi-texniki və beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı görülən işlərdən danışıb. Xalıq Yahudov dekabrın 18-dən 20-dək AzTU-da keçiriləcək “Azərbaycan və Türkiyə universitetləri: təhsil, elm, texnologiya” I Beynəlxalq elmi-praktik konfransa İsparta Tətbiqi Elmlər Universitetinin nümayəndələrini dəvət edib.
Görüşdə birgə tədqiqatlar aparılması, seminar və konfransların keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı səfərləri və s. məsələlər müzakirə olunub.
Daha sonra AzTU və İsparta Tətbiqi Elmlər Universiteti arasında Mövlana mübadilə layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
AzTU-nun Mətbuat Xidməti
